Türkiyəki zəlzələdə dağılan tarixi məscid təmir və inşa olunacaq

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, 1893-cü ildə Malatyada tikintisinə başlanan və Sultan II Əbdülhəmidin dəstəyi ilə 1912-ci ildə tamamlanan tarixi məscid mərkəzi Kahramanmaraşda olan zəlzələlərdə bu il dağılıb.

Atalarımızın yadigarları olan, günbəzi uçmuş, minarəsinin bir hissəsi dağılmış məscidin bərpası üçün Türkiyə Vəqflər Baş İdarəsi tərəfindən işlərə başlanılıb. Zərərin qiymətləndirildiyi məscidin əvvəlki əzəmətini bərpa etmək üçün 4 professordan ibarət elmi komissiya yaradılıb.

Elmi komitənin tövsiyələrinə uyğun olaraq bütün işlərin görüldüyü məscidin xarabalıqlarından toplanan əşyalar təmirdə istifadə olunmaq üçün sinifləndirilir.