Türkiyə zəlzələnin vurduğu maddi zərəri açıqladı

Türkiyənin cənub-şərqində baş verən zəlzələnin ölkə iqtisadiyyatına vurduğu maddi ziyanın həcmi açıqlanıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənni Maliyyə Nazirliyindən məlumat verilib.

Zəlzələlərin vurduğu zərər 2 trilyon lirə (105 milyard 280 milyon dollar) təşkil edir“, – deyə qeyd edilib.

Bildirilib ki, bu məbləğ 1999-cu ildə Mərmərə dənizi bölgəsində baş vermiş yeraltı təkanın vurduğu zərərdən təxminən 6 dəfə çoxdur.

Bu rəqəm (2 trilyon lirə) 2023-cü il üçün gözlənilən milli gəlirin 9%-idir“, – deyə əlavə edilib.

Xatırladaq ki, 6 fevralda Qəhrəmanmaraş əyalətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində, həmçinin qonşu ölkələrdə, o cümlədən də Suriyada da hiss edilib. Türkiyə rəhbərliyi həmin zəlzələlələri “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində ölkədə 49 mindən çox insan həyatını itirib.