İsrailin daha iki hərbçisi məhv edilib

Sionist rejimin 24-cü telekanalı (i24) işğal olunmuş Fələstin torpaqlarının şimalında bu rejimə məxsus iki hərbçinin həlak olduğunu xəbər verib.

Rejimin polisinin bəyanatında bildirilir ki, magistral yol 90-da baş verən yol qəzasında ölən iki motosikletçi sərhəd qoşunlarının hərbçiləri olub. Onların adları general-mayor Tomer Eliyahu Klebi və general-mayor Gal Yusif kimi açıqlanıb və ölümləri barədə ailələrinə məlumat verilib.

Bu iki hərbçi hadisə yerinə “Davud ulduzu” (sionist rejimin Qızıl Aypara xidməti) təcili yardım işçiləri və xilasedicilər çatmazdan öncə həlak olub.