İsrailin maliyyə naziri Becalel Smotriç Qəzza zolağını “daşınmaz əmlak biznesi üçün potensial qazanc mənbəyi” adlandırıb.
Sentyabrın 18-də Təl-Əvivdəki Şəhərsalma Sammitində çıxış edən nazir bildirib ki, müharibədən sonra Qəzzanın bölünməsi barədə İsrail və ABŞ danışıqlar aparır:
“Biz söküntü mərhələsini həyata keçirmişik. İndi isə inşa etməliyik. ABŞ prezidenti Donald Trampın masasında biznes plan var”, – Smotriç deyib.
Ağ Evdən isə bildirilib ki, Tramp Qəzzanın yenidən qurulmasına dəstək verməyə hazırdır, lakin əvvəlcə HƏMAS silahları yerə qoymalı və hakimiyyətdən imtina etməlidir.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir də oxşar açıqlama verərək, əməliyyatdan sonra Qəzzada polis əməkdaşları üçün “möhtəşəm məhəllə” tikməyi planlaşdırdıqlarını bildirib.
Trampın masasında Qəzzanın yenidən qurulması ilə bağlı biznes plan var