Tövrat və İncilin təhqir edilməsinə görə Pakistandan İsveçə etiraz

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi Stokholmda Tövrat və İncilin ictimai şəkildə təhqir olunmasına icazə verdiyi üçün İsveç hakimiyyətini tənqid edib.

Bu barədə Geo nəşri məlumat yayıb.

“Dini nifrətin təhqiredici hərəkətlərinə söz və fikir azadlığı adı altında bəraət qazandırmaq olmaz”, – nəşr yazır.

İyulun əvvəlində İsveçin hüquq-mühafizə orqanlarına Stokholm və Helsinqborqda dini kitabların yandırılması ilə bağlı daha üç müraciət daxil olub.