Tehran beynəlxalq kitab sərgisində Azər-Türk nəşriyyatı pavilyonu qarşısında zorakılıqla müşayiət olunan çəkişməyə etiraz bildirmək istəyən yerli azərbaycanlı fəallardan ikisi saxlanılıb, fəallar xəbər verir.
İslam Məleki və Kazım Səfabəxşı barədə məlumatlar ziddiyyətlidir.
Iran azərbaycanlılarının problemlərini işıqlandıran Günaz.tv saytı bildirir ki, “panfarsist”lərin hücumuna məruz qalan fəallar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılandan sonra sərbəst buraxılıblar.
Digər xəbərlərə görə, onların harada olduğu naməlum qalır.
Məlumatlara görə, mayın 7-də bir qrup insan, Tehran Beynəlxalq kitab sərgisində Azər-Türk nəşriyyatı pavilyonun direktoru Eynullah Şərifpur və oradan kitab alan insanlara fiziki təhqir yetirib.
Onlar həmçinin nəşriyyatın adını da qələmlə cızıb azərbaycanlı və türklərə qarşı söyüş və təhdidlər işlədiblər.
Azər-Türk nəşriyyatı fəaliyyətə 2014-cü ildə başlayıb.
“3 il ərzində o, İsmayıl Şıxlı, Ramiz Rövşən, Hamlet İsaxanlı, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Söhrab Tahir, Səid Qurban, Molla Pənah Vaqif, Məmməd Araz kimi ədiblərin əsərlərini nəşr edib”, – ABŞ-da yaşayan azərbaycanlı fəal Ramin Cabbarlı BBC Azərbaycancaya bildirib.
Fevral ayında Qum şəhərində keçirilən kitab sərgisində bənzər hadisə baş vermişdi, o deyir.
“Savalan İgidləri Nəşriyyatının sərgidə iştirak etməsinə mane olan qruplar, “siz türklər nəfəs çəkirsinizsə, yetər” kimi ifadələrlə nəşriyyat işçilərinə hədə-qorxu gəlmişdilər”, Ramin Cabbarlı əlavə edir.
10 gün ərzində keçirilən Tehran beynəlxalq kitab sərgisi İranda bu qəbildən olan ən iri tədbirdir. O, işinə mayın 2-də başlayıb.
Tehranda daha 2 azərbaycanlı fəal saxlanılıb

Oxşar xəbərlər