Şeyx Nəim Qasım: İsrail mütləq süqut edəcək

Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasım, sionist rejimin peycer partlayışlarına görə törətdiyi cinayətin ildönümü münasibətilə çıxış edib.

Şeyx Nəim Qasım, hadisə nəticəsində yaralananlara xitabən deyib:

Siz indi müalicə olunursuz və bunun öhdəsindən gələcəksiniz. Siz bu ağır imtahandan üzüağ və sağalma çıxdınız. Siz yolunuzu zahiri görüntüdən daha üstün olan bəsirətlə davam etdirirsiniz.

O əlavə edib:

Düşmən sizin bu mübarizədəki rolunuzu aradan qaldırmağa çalışdı, lakin siz hələ də bu rolu oynamağa davam edirsiniz. Yolunuzdan dönməyin, çünki sizin müalicə halında belə etdiyiniz işin dəyəri çox böyükdür. Siz İmam Hüseyn (ə) və liderlərin yolunu davam etdirirsiniz. Siz ən böyük müqavimətsiniz. Bilin ki, İsrail mütləq süqut edəcək, çünki bu rejim təcavüzkar, cinayətkar və işğalçıdır. Qələbə isə sizindir.