Şüşə günbəzi və quş yuvalı minarəsi ilə diqqət çəkən məscid

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyədə Kocaeli vilayətinin Karamürsel rayonunda xeyriyyəçilərin maddi dəstəklərilə inşa edilən Akçakoca Məscidinin memarlığı fərqliliyi ilə diqqət çəkir.

Belə ki, mayakı xatırladan və quş yuvalı minarə, şüşə günbəzli məscid, şəhər və təbiət mövzularını özündə cəmləşdirir.

Gün işığından maksimum səviyyədə yararlanmaq üçün qiblə istiqamətində divara yerləşdirilən böyük pəncərələr də Samanlı dağlarının gözəl mənzərəsini ibadət yerinin mühiti ilə birləşdirir.

Mərkəzi günbəzindəki şüşə arxitektura ilə tarixi Bursa Ulu Məscidinə aid edilən məscid, İzmit körfəzinə baxan bucağı ilə şəhər və təbiəti birləşdirir.