Suriyadakı ABŞ bazasına pilotsuz təyyarə hücumu olub

Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Şəddadi bazasına mənşəyi məlum olmayan kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirilib.

Hücumda hər hansı itki olub-olmadığı məlum deyil.

Son günlər Suriyada ABŞ ordusunun Tənəf bölgəsində, İraq sərhədinə yaxın Malikiyyə bölgəsində, Deyr əz-Zor əyaləti Həsəkə vilayətinin Şəddadi bölgəsində yerləşdiyi bazalara mənşəyi naməlum kamikadze PUA-lar və yerdən-yerə silahlarla hücumlar həyata keçirilib.