Suriyada terror hücumu

Suriya Müdafiə Nazirliyi hərbi avtobusu hədəf alan terror aktı nəticəsində 9 nəfərin həyatını itirdiyini bildirib.

Suriya mətbuatında yer alan xəbərə görə, qədim Palmira şəhəri yaxınlığında hərbi avtobusu hədəf alan hücumda çox sayda insan şəhid olub.

Suriya Müdafiə Nazirliyi Palmiranın cənubundakı səhrada hərbi avtobusu hədəf alan “terror hücumu” nəticəsində 8 əsgər və 1 mülki vətəndaşın həlak olduğunu, 13 nəfərin yaralandığını bildirib.