Səudiyyə Ərəbistanı ilk dəfə Fələstinə səfir təyin edib

Səudiyyə Ərəbistanının Fələstinə təyin etdiyi ilk səfir Nayif bin Bəndər əs-Sudeyri etimadnaməni Fələstin rəhbərliyinə çatdırıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərinə görə, səfir Sudeiri etimad məktubunu İordaniyanın paytaxtı Əmmandakı Fələstinin səfirliyində Fələstin Xüsusi Təşkilatının rəhbəri Məcdi əl-Xalidiyə təqdim edib.

Səudiyyə Ərəbistanının Fələstinə təyin etdiyi ilk səfir olan Sudeyrinin fövqəladə səlahiyyətli səfir, eyni zamanda Qüdsdə qeyri-rezident baş konsul vəzifələrində çalışacağı bildirilib. Etimadnamənin qəbulu zamanı çıxış edən Məcdi əl-Xalidi bu addımın iki qardaş xalq və ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. Qeyd olunub ki, etimadnamə Mahmud Abbasa çatdırılacaq.