Səudiyyə Ərəbistanı hicri təqvimindən imtina edərək miladi təqvimə keçdi

Səudiyyə Ərəbistanı hicri təqvimindən imtina edərək miladi təqvimə keçdi.
Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, ötən gün Səudiyyə Ərəbistanı Nazirlər Kabineti bu ölkənin baş naziri və vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən iclasda İslam qaydaları ilə bağlı məsələlər istisna olmaqla, bütün qarşılıqlı əlaqələri və rəsmi işləri miladi təqvimi əsasında aparmaq haqqında qərar qəbul edib.
Səudiyyə Ərəbistanı daha əvvəl təsdiq etmişdi ki, 2016-cı ilin oktyabrından ölkənin qarşılıqlı fəaliyyətində Miladi təqvimdən istifadə ediləcək.