Şəhidlərimizi hörmətlə anırıq

20 yanvar günü xalqımız növbəti anım tarixini, qan yaddaşına ehtiram gününü qeyd edir. İllər keçsə də, unudulmayan bir kədər və böyük rəşadətin vəhdətində yaşayan bu gün xalqımız üçün şanlı tarixdir. Bir tərəfi acı, yanğı, iztirab və ölüm, digər tərəfi azadlıq, şücaət, mübarizə və azadlıq!
Elə buna görə də, Azərbaycan xalqı hüzn, kədərlə bərabər şərafət və zəfərin məşəli kimi 20 yanvarı yaşayır və yaşadır.
Bu ölümsüz məktəbin əliyalın qəhrəmanları müstəqil, şanlı Azərbaycanının azadlığı uğrunda atdığı addımları ilə onun bir xalq olaraq bütövləşmə dəyəridir. Eyni halda bu dəyərə ölümsüzlük bəxş edən şəhadətin əbədilik qüdrəti isə gələcək nəsillər üçün mücadilə və mübarizə dolu bir məktəbdir. Elə bir məktəb ki, bu günün şanlı davamçıları ərazilərimizin bütövlüyü uğrunda şəhid olaraq bu dəyəri lazımınca qiymətləndirdiklərinə bariz nümunədirlər.
Hüzn günündə müstəqilliyimizindən günümüzə qədər vətənin azadlığı, torpaqların qorunması uğrunda əziz canını qurban verən hər bir Azarbaycan övladının ruhunu ehtiramla anır, Allahdan onlara rəhmət diləyirik.
 
 
Müsəlman Birliyi Hərəkatı