Rusiya ordusu Donetskdə daha bir qəsəbəni tutub

Rusiya ordusu Donetsk vilayətinin Veseloye qəsəbəsini tutub.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qəsəbə Şaxterskom rayonunda yerləşir. Bu, qəsəbə strateji əhəmiyyət daşıyır. Ondan şərqdə Donetsk və Luqansk vilayətləri arasında sərhəd yerləşir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.