Ruhullah Novruzzadənin məhkəməsi fevral ayının 19-na kimi təxirə salınıb

İlahiyyatçı Ruhullah Novruzzadənin məhkəməsi keçirilib

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Ruhullah Novruzzadənin məhkəmə prosesi keçirilib.

Məhkəmədə şahid dindirilib.

Məhkəmə prosesi fevral ayının 19-na kimi  təxirə salınıb. 

Bu barədə ilahiyyatçının yaxınları məlumat verib.

Qeyd: İlahiyyatçı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3 (külli miqdarda) maddələri ilə ittiham olunur.

Ruhullah Novruzzadə İranın Qum Dövlət İlahiyyət Universitetinin hüquq fakültəsinin tələbəsi olub. O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə çıxışına qadağa qoyulub.

O, bu il yanvarın 31-də həbs olunub. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Novruzzadə hazırda Şüvəlanda istintaq təcridxanasında saxlanılır.