Ruhanidən ABŞ və İsrailə cavab

İran prezidenti Həsən Ruhani ABŞ-ın Tel-Əvivdəki səfirlyiini Qüdsə köçürməsinin BMT-nin qərarlarına zidd olduğunu deyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Ruhani ABŞ və İsrailin “siyasi oyunlarla” dünya müsəlmanlarını Qüdsdən ayırmaq cəhdində olduğunu bildirib:

“Sionist rejim və ABŞ Fələstin xalqına təzyiq göstərərək müsəlmanları öz torpaqları olan Qüdsdən sıxışdırıb çıxara biləcəklərini sanırlar. Bu, böyük xətadır. Qüds siyasi oyunlarla bir milyarddan çox dünya müsəlmanlarından alına bilməz”.