Oktyabrın 28-də bir çox ölkə əqrəbi bir saat geri çəkib qış vaxtına keçəcək. Bu, Avropa İttifaqı üçün son qış vaxtı olacaq.
Avropa İttifaqının icra orqanı olan Avropa Komissiyası bu il yay-qış vaxtına keçid sorğusu aparıb. İyulun 5-dən avqustun 16-na qədər keçirilmiş, 4,6 milyon insanın qatıldığı sorğunun nəticələrinə görə, avropalıların 80%-i yay vaxtının saxlanmasını dəstəkləyib.
Avropa Komissiyasının hazırladığı plana görə, 2019-cu ilin oktyabrından Avropa İttifaqında saatların mövsüm üzrə dəyişməsi ləğv edilməlidir.
Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.
2016-cı ilin martında Azərbaycanın Nazirlər Kabineti yay vaxtının tətbiqi haqqında 1997-ci ildən qüvvədə olan qərarı ləğv edib. Həmin vaxtadək hər il martın son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir, oktyabrın son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunurdu.
Keçmiş SSRİ məkanında Rusiya, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan da saatı irəli-geri çəkmir.
Latviya, Litva, Estoniya, Moldova, Ukraynada isə yay və qış vaxtı rejimləri var.
Novator.az
Avropa son dəfə qış vaxtına keçir
Oxşar xəbərlər