Roma Papası İrana başsağlığı verib

Katolik dininin ruhani lideri Roma Papası Fransisk İranda törədilən terror aktlarında həyatını itirən və yaralananlar üçün dua edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, katolik dininin ruhani lideri Roma Papası Fransisk bu gün Epiphany bayramı münasibətilə təşkil edilən ibadət mərasimində İranda bombalı hücumların qurbanları üçün dua edib.

Papa Fransisk mesajını da paylaşıb:

“Kirmanda törədilən terror aktında həyatını itirən çoxsaylı qurbanların yaxınlarına, çoxlu yaralılara və bu böyük ağrıdan əziyyət çəkən bütün İran xalqına yaxınlığımı bildirirəm”. 

Qeyd edək ki, yanvarın 3-də İranın Kirman şəhərində törədilən terror aktlarında 84 nəfər şəhid olub, 250-dən çox insan yaralanıb.