Ərəb Sammiti: Fələstin satılık deyil və heç vaxt da olmayacaq

Ərəb Şurası, qeyri-hökumət təşkilatı, "Balfour Bəyannaməsindən Tramp Bəyannaməsinə: Fələstin Satılmır" başlığı altında onlayn "Ərəb Xalq Zirvəsi" təşkil etdi.

Sıx iştirakın müşahidə olunduğu sammitin yekun bəyannaməsində Trampın Qəzza planının təhlükələri açıqlanıb. ABŞ prezidenti Trampın Qəzzanın yenidən qurulması bəhanəsi ilə Fələstin varlığını ortadan qaldırmağı hədəflədiyi bildirilib.

Bundan əlavə, açıqlamada ABŞ-ın planlarının Qəzza ilə məhdudlaşmayaraq işğal altındakı İordan çayının qərb sahilinə qədər uzandığı, Tramp administrasiyasının İordan çayının qərb sahili üçün ivrit adlarından istifadə etməyə başladığı qeyd edilib.

Bəyanatda vurğulanır ki, “Fələstində qarşıdurma 2023-cü il oktyabrın 7-də başlamadı, Fələstinin işğalı, torpaqlarının qəsb edilməsi və Fələstin xalqının didərgin salınması ilə başladı və müqavimət işğal altında olan xalqların qanuni haqqıdır”.

Ərəb ölkələrinə müraciət edən sammitdə İsraillə normallaşmanın dayandırılması, təhdidlərin ciddiyə alınması, Fələstin xalqının dəstəklənməsi, ərəb xalqlarının Fələstinlilərə maddi və siyasi dəstək göstərilməsi tələb edilib.

Bəyanatda "Fələstin məsələsi ərəblərin əsas qayğısı olaraq qalmağa davam edəcək və ərəb xalqları Fələstin xalqının hüquqları bahasına tətbiq edilən heç bir həll yolunu qəbul etməyəcəklər. Fələstin satılmır və heç vaxt da satılmayacaq", - deyilib.

Sammit iştirakçıları Trampın bəyanatlarını qəti şəkildə rədd edərək, onları “Trampın yəhudilərə vədi” kimi qiymətləndiriblər.

İştirakçılar Trampın planının beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə zidd olan, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən, müstəmləkəçilik və irqçiliyi alovlandıran cinayət olduğunu bildiriblər.

İştirakçılar Trampın planının Balfur bəyannaməsinin davamı olduğunu bildirərək, bu planın “Fələstinin coğrafiyasını və demoqrafik quruluşunu sionist layihəyə xidmət edəcək şəkildə yenidən qurmaq məqsədi daşıdığına” diqqət çəkiblər.

Tunisin keçmiş prezidenti əl-Mərzuki sammitdəki çıxışında Trampın Qəzza planının “absurd” olduğunu bildirib.

ABŞ-ın planı ilə Fələstin xalqına qarşı təhlükəli hazırlıqların aparıldığını bildirən Mərzuki, "Qəzza və İordan çayının qərb sahilində Fələstin müqavimətinə dəstək vermək ziyalılar, siyasətçilər və vətəndaşlar olaraq hamımızın borcudur.

Keçmiş Bəhreyn millət vəkili və "Demokratiya və İnsan Haqları üçün Salam" QHT-nin rəhbəri Cavad Fairuz Fələstin xalqının 1948 və 1967-ci illərdə sürgün edilməsinə diqqət çəkərək, "Bu gün yeni Nəkba ilə üz-üzəyik. Bu ədalətsizliklə mübarizə üçün bütün qanuni beynəlxalq vasitələri səfərbər etməliyik" deyib.

Mərakeşin keçmiş baş naziri Saadəddin əl-Osmani Trampın bəyanatlarının “absurd və qanunsuz” olduğunu və Fələstin xalqına qarşı etnik təmizləməyə bərabər olduğunu bildirib. Qəzzanın artıq tam bir məhv bölgəsi olduğunu qeyd edən Tramp, Qəzzadakı fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə getmələrinin çox daha yaxşı olacağını müdafiə edib.

Tramp həmçinin iddia edib ki, fələstinlilərin Qəzzanı tərk etməkdən başqa seçimi yoxdur.