Qəzzadakı fələstinlilərə çox ehtiyac duyulan yardım çatmır

İsrail-HƏMAS müharibəsinin ilk günlərindən Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyətin böyük bir hissəsi İsraili Qəzza zolağına daha çox humanitar yardımın daxil olmasına icazə verməyə çağırır. Ancaq döyüşlər sonu görünmədiyi bir şəkildə davam etdiyi bir vaxtda, oradakı humanitar fəlakət pisləşib.

BMT agentlikləri və yardım qrupları deyir ki, davam edən hərbi əməliyyat, İsrail ordusunun çatdırılmanı asanlaşdırmaqdan imtina etməsi və Qəzzada nizamın pozulması anklavın böyük bir hissəsinə həyati yardımın çatdırılmasını getdikcə çətinləşdirir.

Dünya Ərzaq Proqramı çərşənbə axşamı təcrid olunmuş Qəzzanın şimalına ərzaq çatdırmağı dayandırıb. BMT -nin uşaq agentliyi orada hər altı uşaqdan birinin kəskin qidasızlıqla üzləşdiyini deyir. BMT-nin dekabrda yaydığı bəyanatda deyilir ki, Qəzzanın 2.3 milyon əhalisinin dörddə biri ac qalıb.

“Bir, iki və ya üç gün yemək yeyə bilməyən insanların olduğunu görürsən – onlar ciddi dərəcədə acdırlar,” Dünya Ərzaq Proqramının Qəzza üzrə direktoru Metyu Holliqvort çərşənbə günü deyib. “Ancaq həm də kəskin çəkildə aclıqla üzləşən insanlar var, yəni onlar artıq bir həftdir yemək yemir.”

Hollinqvort ərzağın çatdırılmasınını durdurulmasını "müvəqqəti fasilə" adlandırıb və deyib ki, Dünya Ərzaq Proqramı yardım tədarükünü bərpa etmək üçün “bütün tərəflərlə” danışır. “Biz aclığı azaltmaq və dayandırmaq istəyiriksə, əraziyə yardım axını etməliyik,” o deyib.

Qəzzada son həftələrdən gələn görüntülər yüzlərlə insanın yük maşınlarının ətrafına toplaşaraq, onları boşaltdığını göstərən xaotik çarəsizlik səhnələrini əks etdirib. Bəzi fələstinlilər deyir ki, onlar heyvan yemindən çörək hazırlayırlar. Yeni analar deyir ki, körpələr üçün formula tapmaq ya çox çətin ya da bahalıdır.

İsrail yardımın girişini məhdudlaşdırdığın inkar edir və günahı Qəzzada fəaliyyət göstərən humanitar təşkilatların boynuna atır və bildirir ki, yardımla dolu yüzlərlə yük maşının əsas keçidin Fələstin tərəfində gözləyir. BMT bildirir ki, sərhəd keçidindəki yük maşınlarına hər zaman çıxış əldə edə bilmir, çünki zaman-zaman ora çox təhlükəli olur.

BMT İsraili, şimalda daxil olmaqla, daha çox keçidi açmağa və koordinasiya prosesini yaxşılaşdırmağa çağırıb.

 

Amerikanın Səsi