Qəzzada qida ehtiyatları tükənir və böyük aclıq riski var

Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Ərzaq Proqramı (ÜƏP) məlumat verib.
Məlumatda bildirilir ki, Qəzzada vəziyyət fəlakətlidir, su və ərzaq ehtiyatları tükənib.
"Qaçqınlar üçün sığınacaqlar həddən artıq doludur və yanacağın tükənməsi elektrik enerjisinin kəsilməsinə və həyati vacib hissələrin sıradan çıxmasına səbəb olub.
İçməli su da azdır. Mağazalarda qalan ehtiyatlar tükənmək üzrədir və yalnız bir neçə günə kifayətdir.
Digər tərəfdən, elektrik enerjisinin kəsilməsi və soyuducuların işləməməsi qalan qidaların xarab olmasına səbəb olur.
Fəal çörək zavodlarının sayı da çox azdır və Qəzzada 5 un istehsal edən zavoddan yalnız biri hələ də fəaliyyət göstərir."
Qeyd olunub ki, köçkünlər arasında çörək paylamaq üçün Ümumdünya Ərzaq Proqramı ilə müqavilə bağlamış bir çox çörək zavodları yanacaq qurtardıqdan sonra artıq işləyə bilmir
Ümumdünya Ərzaq Proqramı ilə müqavilə bağlamış 23 çörək sexindən yalnız 4-ü hələ də çalışır.
Qeyd edək ki, işğalçı İsrail rejimi 2 milyona yaxın əhalisi olan Qəzza zolağına su, elektrik və yanacaq çatdırılmasının qarşısını alıb.
Onsuzda uzun illərdir blokadada saxlanılan bölgədə vəziyyət kritik həddə çatıb
İşğalçı rejim BMT və bir sıra ölkələrin humanitar yardımlarının Qəzzaya çatdırılmasına da mane olur.