HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi fevralın 4-də bildirib ki, oktyabrın 7-dən bu yana İsrailin əraziyə hücumları nəticəsində 27,365 fələstinli ölüb, 66,630 nəfər isə yaralanıb.
Nazirlik həmçinin ötən 24 saat ərzində 127 fələstinlinin öldürüldüyünü, 178 fələstinlinin isə yaralandığını bildirib.
Şənbə günü İsrail boyu minlərlə insan küçələrə çıxaraq baş nazir Benyamin Netanyahunu istefaya getməyə və yeni seçkilərin keçirilməsinə çağırış edib. Etirazçılar hökumətin hələ də girovların qaytarılması və müharibənin dayandırılması üçün planlar hazırlamadığını deyirlər.
Avropa İttifaqı şənbə günü İsrail ordusunun HƏMAS-a qarşı Rəfaha qədər irəliləmək niyyəti ilə bağlı xəbərlərdən dərin narahatlığını ifadə edib.
Aİ-nin xarici siyasət komissarı Josep Borrell, ABŞ-ın İraq və Suriyada militantlar və İranın istifadə etdiyi onlarla obyektə aviazərbələr endirməsindən sonra İsrail və HƏMAS arasında atəşkəs əldə olunmasa, münaqişənin regiona yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Borrell bildirib ki, “1 milyona yaxın fələstinli getdikcə Misir sərhədinə doğru didərgin düşür və İsrail orada quru müharibəsinə başlasa, gedəcək yeri olmayacaq.” Borrell eyni zamanda Rəfahdakı vəziyyəton “çox ağır” olduğunu deyib.
Birləşmiş Millətlər Təşkilatı bildirib ki, şəhər “ümidsizlik ocağına” çevrilir.
ABŞ dövlət katibi Antoni Blinken müharibəyə diplomatik həll yolu tapmaq üçün bazar günü bölgəyə səfər edəcək.
Həmasın idarə etdiyi Qəzza rəsmiləri şənbə günü İsrailin Qəzzanın Rəfah və Deyr əl-Bələh şəhərlərinə aviazərbələri endirməsi nəticəsində ən azı 18 fələstinlinin həyatını itirdiyini, İsrailin insanların sığınacaq axtardıqları anklavın qalan ərazilərinə qurudan hücumunu genişləndirəcəyinə dair qorxuların artdığını söylədi.
Qəzzadakı səhiyyə rəsmiləri İsrailin hava hücumunun Rəfahda bir evə endirilməsi nəticəsində qadın və uşaqlar da daxil olmaqla 14 nəfərin öldüyünü bildirib.
İsrail hərbçilərindən zərbəni onlar tərəfindən həyata keçirilməsi ilə bağlı heç bir təsdiq yoxdur.
Cənub sərhəddindəki Rəfah Qəzzanın 2,3 milyon əhalisinin yarısından çoxunu qəbul edir. Onlar İsrailin ABŞ, Böyük Britaniya, AB və digərlərinə görə terror təşkilatı sayılan HƏMAS-a qarşı təxminən 4 aydır davam edən hücumundan qaçdıqdan sonra orada sığınacaq tapıblar.
Qəzza Səhiyyə Nazirliyi: Oktyabrın 7-dən bəri 27,365 fələstinli həlak olub, 66,630 nəfər yaralanıb