Qəssam briqadaları Təl-Əvivə raket hücumu gerçəkləşdirib

HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının bəyanatına əsasən, İsrailin Qəzzada törətdiyi qırğınlara cavab olaraq Təl-Əviv raketlərlə vurulub.

Qassam Briqadaları daha sonra atılan raketlərin görüntülərini yayımlayıb.

Digər tərəfdən, İbrani qəzeti Yediot Ahronotun xəbərinə görə, Rişon LeTsiyon, Təl-Əviv, Ramlə, Nes Siona, Yaşreş, Beer Yaakov, Holon və Lid şəhərlərində sirenlər səslənib.