Qərb araşdırmaçılarının fikirləri bir kitabda cəm oldu: “İraqda Allah adamı”

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, “Əsr” Fondu Böyük mərcə təqlid, Ayətullah Əl Üzma Seyid Sistani haqqında “İraqda Allah adamı” adlı kitabı nəşr edib.

Kitab qərb araşdırmaçıları, alimlərinin böyük alim haqda dedikləri fikirlərin toplusundan ibarətdir.

Kitabın müəllifi Səccad Ciyad, tərcüməçi Həsən Həsəni, ön söz Juan Coledir.

Kitab təxminən 140 səhifədən ibarətdir və giriş və dörd fəsildən, sonra isə qeydlərdən ibarətdir.

Birinci Fəsil: Şiə doktrinasında dini hakimiyyət,

İkinci Fəsil: Əs-Sistani, insan və hakimiyyət,

Üçüncü Fəsil: Nəcəfdə siyasi ideologiya,

Dördüncü Fəsil: Əs-Sistaninin irsi.