İranın İsrailə qarşı həyata keçirdiyi ballistik raket hücumu nəticəsində İsrailin mərkəzi bölgəsində iki fərqli ərazidə altı nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Bu barədə The Times of Israel məlumat yayıb. Bu hücum gün ərzində İsrailə qarşı həyata keçirilən altıncı raket hücumu olub.
Magen David Adom təcili tibbi yardım xidməti bildirib ki, Təl-Əviv şəhərində 40 yaşlarında bir kişi ağır yaralanıb. Petah Tikva şəhərində isə daha beş nəfər xəsarət alıb. Onlardan 25 yaşlı bir şəxsin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yaxşı qiymətləndirilir.
Polis rəsmilərinin sözlərinə görə, İsrailin mərkəzi bölgəsində ondan çox zərbə nöqtəsi qeydə alınıb.
İsrail Müdafiə Qüvvələri (IDF) isə axtarış-xilasetmə qruplarının hadisə yerlərinə göndərildiyini və zərbələrin baş vermə şəraitinin araşdırıldığını açıqlayıb.
İranın İsrailə atdığı raket nəticəsində 6 nəfər yaralanıb, biri ağır vəziyyətdədir