Körfəzdə olan gəmilər İran tərəfindən hücuma məruz qalmamaq üçün transponder vasitəsilə siqnallarını dəyişdirərək Çinə aid olduqlarını və Çin ekipajının gəmidə olduğunu göstərməyə başlayıb.
Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, son bir həftədə ən azı 10 gəmi avtomatik identifikasiya sistemində siqnallarını “Çinə məxsus”, “Tamamilə Çin ekipajı” və ya “Gəmidə Çin ekipajı var” kimi göstərib.
Bildirilir ki, bəzi gəmilər təhlükədən qaçmaq üçün GPS siqnallarını da saxtalaşdırır.
“Lloyd’s Market Association”un məlumatına görə, hazırda Fars körfəzi və onun ətrafında təxminən 1 000 gəmi bloklanıb və onların ümumi dəyəri təxminən 25 milyard dollar təşkil edir.
FT: Körfəzdə gəmilər İranın hücumlarından qorunmaq üçün özlərini Çinə məxsus kimi göstərir