Samir Babayevə cinayət işi açılıb

Samir Babayevə cinayət işi açılaraq məhkəmə önünə çıxarılıb. Martın 6-da səhər işə gedərkən mülki geyimli şəxslər tərəfindən zorla maşına mindirilərək naməlum istiqamətə aparılan Müsəlman Birliyi Hərəkatının üzvü Sabunçu Baş Polis İdarəsində saxlanılıbmış. Bu barədə onun ailəsi məlumat verib. 

S. Babayev özü evlə telefon əlaqəsi quraraq bildirib ki, barəsində narkotiklərlə bağlı ittiham irəli sürülüb və o məhkəməyə aparılıb. İnanclıya məhkəmə həbs qətiimkan tədbiri seçdikdən sonra onu 1 saylı Bakı İstintaq Təcridxanasına göndərdikləri deyilir.

İctimai fəal Samir Babayev 2022-ci ilin 2 dekabr tarixində İran-Azərbaycan arasında gərginliklər yaşanan zaman ilk dəfə eyni ittihamla, narkotiklərlə bağlı həbs olunmuşdu. 2025-ci ilin 2 dekabrında həbs müddətini bitirən inanclı cəmi 3 ay idi ki, azadlığa çıxmışdı.