İran ABŞ rəsmilərinin olduğu hoteli vurdu

Bəhreyndə Amerika rəsmilərinin qaldığı hotelə birbaşa hücum edilib.

Bu barədə İranın "Pars Today" qəzeti yazıb. 

Məlumata görə, hücuma məruz qalan otelin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Bəhreyndə hava həyəcanı siqnalı səsləndirilib. 

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar edir, dağıntılara və insan tələfatına səbəb olur. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ-nin hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər də həlak olub.