Qazıntılar zamanı aşkarlanan 800 illik məscid ibadətə açılır

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyədə arxeoloji qazıntılar zamanı aşkarlanan bir məscid ibadətə açılır.

Yerli medianın məlumatına görə, Ərzincanın Kemah rayonundakı qalada aparılan qazıntılar zamanı xarabalıqları tapılan və yaşı 800 il olduğu təxmin edilən məscid tarixi qeydlərə əsaslanaraq ilkin vəziyyətinə qaytarılıb.

Məscidin yaxın vaxtlarda ibadət üçün istifadəyə veriləcəyi gözlənilir.