Hikmət Hacıyev: ''Demokratiyadan danışmaqla özünü legitimləşdirmək məqsədi güdür''
“Təəssüf ki, Ermənistanda demokratiyanın tərəqqisi və demokratik inqilabdan sonra Azərbaycan daha aqressiv olub və bu aqressiya təkcə Ermənistana deyil, regionumuzdakı demokratiyaya qarşı yönəlib”.
AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytının məlumatına görə bunu Ermənistanın Baş naziri Nikol Pashinian iyulun 12-də NATO-nun Brüsseldəki qərargahında keçirilən brifinqdə deyib.
Latviya prezidenti Raymonds Veyonislə görüşdə Nikol Pashinian baş nazir vəzifəsinə başladığı ilk günlərdən Dağlıq Qarabağla sərhəddə, habelə Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasını görüb.
“Mən xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın Ermənistana qarşı istənilən təcavüzü təkcə Ermənistana qarşı deyil, ümumilikdə demokratiyaya qarşıdır. Məncə Azərbaycan prezidenti ehtiyat edir ki, demokratik proseslər Ermənistandan Azərbayacana keçə bilər. Mənim başa düşdüyümə görə onlar demokratik dalğanın Ermənistandan Azətrbaycana keçməsinin qarşısını almaq üçün gərginliyi artırmağa çalışırlar”.
Nikol Pashinian ümid etdiyini bildirib ki, beynəlxalq icma regiondakı gərginliyi artırmaması, müharibəyə başlamaması üçün Bakıya çox güclü xəbərdarlıq siqnalı göndərəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Paşinyanın dedikləri ilə bağlı açıqlama yayaraq, bildirib ki, münaqişənin danışıqlar yolu ilə həllində konstruktiv addımlar atmaq əvəzinə Ermənistan rəhbərliyi danışıqlara qeyd-şərt qoymaq, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmək, əlavə canlı qüvvə yerləşdirmək və hərbi avantüra xarakterli digər addımları ilə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
“Onun vəziyyətin daha da qızışdırılması məqsədi daşıyan ritorikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Ermənistan xarici işlər nazirinin bu kimi ritorikadan çəkilmək barədə çağırışları ilə ziddiyyət təşkil edir. Ermənistan baş naziri demokratiyadan danışmaqla özünün dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək məqsədi güdür. Ermənistan baş naziri demokratiya və insan hüquqlarına sadiq olduğunu sübut etmək istəyirsə, onda Ermənistanın beynəlxalq öhdəliklərinə əməl etməli, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququnun həyata keçirilməsinə mane olmamalıdır”.
Azərbaycan beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistanın işğal və hərbi təcavüzünə son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli şəkildə həll edilməsi və regionda davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəkdir.
Paşinyan: Əliyev demokratik proseslərin Ermənistandan Azərbaycana keçəcəyinə ehtiyat edir

Oxşar xəbərlər