Pakistan İrandakı separatçı qrupları hədəf aldı

Pakistan Ordusuna yaxın media, separatçı qrupların Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və pilotsuz uçuş aparatları ilə İranda 7 məntəqədə hədəf alındığını açıqlayıb.

Pakistanlı bəluc terrorçuları və Bəlucistan Azadlıq Cəbhəsi (BLF) üzvlərinə qarşı hücumlarda heç bir İran vətəndaşı hədəf alınmayıb.

Sistan və Bəlucistan Qubernatorluğunun Siyasi və Təhlükəsizlik Müvəkkili mövzu ilə bağlı bu açıqlamaları verərək bildirib ki, yanvarın 18-də saat 04.30-da sərhəd kəndlərindən biri olan Saravanda çoxlu partlayışlar meydana gəlib.

"Bu partlayışlar Pakistanın atdığı raketlər nəticəsində baş verib və bu partlayışlarda heç bir İran vətəndaşı xəsarət almayıb. Bununla belə İran vətəndaşı olmayan 3 qadın və 4 uşaq həyatını itirib”.