Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Ötən il Ermənistan Silahlı Qüvvələrində 63 hərbçi ölümü qeydə alınıb. FaktXeber.com-un məlumatına görə, bu barədə  Ermənistanın Baş Prokurorluğu xəbər yayıb. Onların 27-si əsgər, 23 müqavilə əsasında xidmət edən hərbçi, 2-si gizir, 11-i isə zabitdir.

Məlumatda deyilir ki, hərbçilərdən 11-i intihar edib, ya da intihar həddinə çatdırılıb. 1 nəfər isə qətlə yetirilib. Digər hərbçilər isə silahla ehtiyatsız davranma, xəstəlik, minaya düşmə, bədbəxt hadisə, qəza  və sair səbəblərdən ölüb.

Bəyanatda vurğulanıb ki, 2017-ci ildə Ermənistan ordusunda ölüm sayı 56 idi.