Orta Dəhliz çərçivəsində Tszinxuadan ilk yük qatarı Türkmənistan vasitəsilə Bakıya yola düşüb

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TBNM, Orta Dəhliz) çərçivəsində Çinin Çjetsyan əyalətindən ilk yük qatarı Türkmənistan üzərindən Azərbaycana yola düşüb.

Bu barədə Türkmənistanın Nəqliyyat və Kommunikasiya Agentliyi məlumat verir.

"Tszinxua şəhərindən ilk yük qatarı Türkmənbaşı limanına yola düşüb ki, bu da başlanğıc nöqtəsi Çinin ən inkişaf etmiş iqtisadi regionlarından birində olan yeni TBNM-in rəsmi açılışını bildirir. 100 standart konteynerdən ibarət qatar Türkmənbaşı limanına istiqamət alıb, oradan yüklər Xəzər dənizi vasitəsilə Bakı limanına göndəriləcək", - məlumatda bildirilir.

Marşrut boyunca qatar Xorqos nəzarət-buraxılış məntəqəsi vasitəsilə Çin-Qazaxıstan sərhədini keçəcək, daha sonra Almatı, Daşkənd və Aşqabaddan hərəkəti davam etdirəcək.

Çin tərəfinin qiymətləndirmələrinə görə, yeni marşrutun istifadəyə verilməsi ənənəvi Aktau - Bakı logistika xəttinin yükünü azaldacaq, həmçinin Çin məhsullarının Mərkəzi Asiya və Şərqi Avropa bazarlarına çatdırılmasını sürətləndirəcək.

"Yeni yol artıq Çjetsyan əyalətinin Çin - Avropa marşrutu üzrə dəmir yolu ilə yük daşımaları çərçivəsində yaratdığı sayca 26-cı beynəlxalq logistika istiqaməti olub", - məlumatda qeyd olunur.

 

Gülnar Mahmudova