Növbəti ruhani istefası; vəziyyətə aydınlıq gətirən yoxdur

Məscidlərdə ruhanilərin dəyişdirilməsi və ya öz istəyi ilə istefa verməsi halı hər ötən gün genişlənir. Bakıdan başlanan bu addım artıq Azərbaycanın hər bir nöqtəsində icra olunur. Əksəriyyəti böyük inanclı kütləsi tərəfindən sevilən, illərdir cəmiyyətə moizə oxuyan şəxslər olduğu üçün şübhəsiz bu gediş bir mənalı qarşılanmır. Bəziləri bunu siyasi təzyiq, bəziləri hakimiyyətin şiə ruhanilərinə qarşı təmizləmə siyasəti, bəziləri isə ruhanilər üzərində olan tələbin ağırlığı, bəziləri isə diktə olunma, azad fikir söyləmənin məhdudlaşdırılması üçün ruhanilərin istefani şəxsən vermələri kimi izah edir. Fikirlər kimi nəticələr də müxtəlifdir. Dəyişməz bir şey qalır: ruhanilər, illərdir yaşadığı ərazidə, moizə etdiyi yerlərdə tanınıb sevilən bir çox ilahiyyatçılar ardıcıl cümələr son dəfə məscid adutoriyası ilə vidalaşıb gedir. Mövzu ilə bağlı müraciət olunan ruhanilərin cavabı da elə gedişləri kimi müəmmalı olaraq qalır. Bəs görəsən ruhanilərin məsciddən uzaqlaşdırılması səbəbi nədir?

Bu barədə rəsmi orqanların da susqunluğu müxtəlif ehtimallar içində ən çox danışılan bir neçə şübhəni əsaslandırmış olur:

  1. İranla münasibətlərin gərginliyi fonunda şiə ruhanilərinin məsciddən uzaqlaşdıırılması. Bu addım İrana narahatlıq vermək səbəbinə edilə bilər. Şübhələr isə məhz İranla münasibətlərin gərginləşməsindən sonra şiələr, xüsusi olaraq mövqeyində ciddilik aydın əks olunan ruhanilərin təzyiqə alınması, məsciddən uzqlaşdırılmasıdır.
  2. Ruhanilərin QMİ-dən alınaraq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə verilməsi. Belə ki, komitənin diktəsi dini deyil, hakimiyyətin maraqlarını əhatə etdiyi üçün ruhanilər bu mövzuda danışmadan imtina edib istefa verməsi də ehtimallar sırasındadır.
  3. Şiəliyə qarşı mübarizə. Son dövrlər danışılan fikirlər arasında bu fikir də yetərincə hallanır. Azərbaycan siyasi baxış bucağına müvafiq olaraq yaxın münasibətlərin geniş yer aldığı əqidəsinin sünnü məzhəbi olan ölkərlə dostluğu şiəliyin sıxışdırılma amili ola bilər. Son Ramazan bayramının ölkə əhalisinin böyük kütləsinin şiə olmasına baxmayaraq sünnü dünyası ilə qeyd edən hakimiyyətin davranışı bunu söyləməyə əsas verir.
  4. Azərbaycanın anti-islam baxışı, anti-şiə dünyagörüşü ilə diqqət çəkən qeyri-müsəlman ölkələrlə dosluğu. Bu fikirlər də xüsusi maraq doğuran və ölkədə göstərilən son hadisələr üzərindən danışılan ehtimallardır.

Nə qədər ki, rəsmi orqanlar cəmiyyəti razı salacaq cavab verməyincə və ya ruhanilər illərdir çıxış etdikləri tribunalarından gedərkən son dəfə buna səbəb olaraq hansısa məntiqi qoymayınca şübhələr cəmiyyətdə genişlənərək dalğalanacaq.