“Xəzərin Nabran, Neft Daşları və Lənkəran dəniz akvatoriyalarının səth sularında duzluluğun paylanmasında azalma müşahidə edilib”.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, bu, Xəzər dənizi ekosisteminin kompleks tədqiqi məqsədilə “Azersky” və digər peyklərin məlumatları əsasında qlobal iqlim dəyişikliklərinin Xəzər dənizinin hidrofiziki sahələrinə və sahillərin dinamikasına təsiri ilə bağlı bir neçə il ərzində aparılan tədqiqatlar zamanı məlum olub.
Xəzərin Lənkəran, Neft Daşları və Nabran dəniz akvatoriyalarında çoxillik (1961-2017-ci illər) müşahidə məlumatlarının təhlili göstərir ki, bu akvatoriyaların çoxillik havasının və səth suyunun temperaturlarında artım, səth sularında duzluluğun paylanmasında isə azalma baş verib.
Lənkəran dəniz akvatoriyasında küləyin orta illik sürətində artım, Neft Daşları dəniz akvatoriyasında küləyin orta illik sürətində 1961-ci ildən 1999-cu ilədək artım, 2000-ci ildən 2010-cu ilə kimi azalma və yenidən 2011-ci ildən 2017-ci ilədək artımın, Nabran dəniz akvatoriyasında isə küləyin orta illik sürətində azalmanın baş verdiyi aşkar edilib.
Xəzərin bəzi ərazilərində duzluluq azalıb

Oxşar xəbərlər