Mayın 21-24-də Astanada Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə sahilyanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun iclası keçiriləcək.
Görüş iştirakçıları "Xəzər beşliyi" rəhbərlərinin Astanada keçiriləcək beşinçi sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər. Bu barədə Azərbaycan XİN mətbuat xidməti məlumat yayıb.
Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir.
Astana sammiti ilkin olaraq 2016-cı ildə planlaşdırılmışdı. İclasda Konvensiyanın imzalanması gözlənilir. Lakin görüşün vaxtı dəfələrlə təxirə salınıb ki, bu da bəzi ölkələr arasında prinsipial ziddiyyətlərin qalması ilə əlaqədardır. Qazaxıstan tərəfi sammitin 2018-ci ilin ikinci yarısında keçiriləcəyini bildirir.
Xəzərin statusu üzrə işçi qrupunun iclası keçirilir
Oxşar xəbərlər