Xəzərdə 4 nəfərin meyiti tapıldı

Batanlardan 2-si qadın, 2-si isə azyaşlıdır

Xəzər dənizində batmış 4 nəfərin meyiti aşkar edilib. Sputnik Azərbaycan xəbər verir ki, rusiyalı xilasedicilər meyitləri Dağıstanın Qarabudaqkənd rayonunun Xəzər sahilləri tərəfdə aşkar edib.

Qeyd edək ki, dünən 4 nəfərin batması barədə xəbər daxil olmuşdu. Batanlardan 2-si qadın, 2-si isə azyaşlıdır.

Fövqəladə Xidmət bütün meyitlərin Xəzər akvatoriyasında tapılaraq təhvil verildiyini bildirib.