Əfqanıstan “Taliban” radikal hərəkatı ilə ilkin şərtlər olmadan birbaşa dialoqa hazırdır.
Bunu “RİA Novosti”yə Əfqanıstanın Ali Sülh Şurasının rəsmi nümayəndəsi Ehsan Taheri deyib. Onun sözlərinə görə, rəsmi Kabil “Taliban”la birbaşa danışığa, istənilən məsələni müzakirə etməyə, o cümlədən ölkə konstitusiyanında mümkün düzəlişlərin edilməsi haqda müzakirəyə hazırdır: “Əvvəlki illər biz konstitusiyanın müddəalarının dəyişdirilməməsi, tərkisilah və başqa şərtlər irəli sürdük. Bu mövqeyə görə sülh danışıqları başlamadı. Bu gün hökumət və Əfqanıstan Ali Sülh Şurası bəyan edir ki, danışıqlara başlamaq üçün heç bir ilkin şərt yoxdur”.
Qeyd edək ki, “Taliban” hərəkatının hökumətlə danışığa başlamaq üçün irəli sürdüyü əsas şərtlərindən biri xarici silahlı qüvvələrin Əfqanıstandan çıxarılmasıdır.
Rəsmi Kabil “Taliban”la dialoqa hazırdır

Oxşar xəbərlər