Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev ona qarşı sürülən yeni ittihamlarla bağlı istintaq materialları ilə tanış olur və xanımı Zamirə Hacıyeva ilə bağlı Londonda gedən məhkəmə prosesini izləmir, onun vəkili deyir.
"Cahangir Hacıyev daha çox öz işiylə maraqlanır", vəkil Aqil Layıc deyib.
Onun sözlərinə görə, Cahangir Hacıyevə qarşı irəli sürülən yeni ittihamlarla bağlı epizodlarda London məhkəməsində qaldırılan məsələlər yoxdur.
Cahangir Hacıyev 2016-cı ildə sədri olduğu Azərbaycan Beynəlxalq Bankında böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs olunub.
Bir müddət öncə Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın son on il ərzində Londonun məşhur dükanı Harrodsda 21 milyon dollar xərclədiyi Britaniya məhkəməsi tərəfindən açıqlanıb.
O, bu ödənişlərin bəziləri üçün Beynəlxalq Bankın 35 ədəd kredit kartından istifadə edib.
Bu arada Cahangir Hacıyevə "həbsxanada kitab verilməsi dayandırılıb", onun vəkili iddia edir.
Aqil Layıc müvəkkilinə gətirilən kitabların ona çatdırılmadığını deyib, Penitensiar Xidmət isə bu iddianı rədd edib.
"Məhkum Cahangir Hacıyevin həmin hüquqlardan istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı iddia həqiqəti əks etdirmir", Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən BBC News Azərbaycancaya bildiriblər.
Azərbaycan Beynəlxalq Bankının borcu kimədir və necə ödənilə bilər?
Zamirə Hacıyeva - Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Londonda 21 milyon dollar xərcləyib
Cahangir Hacıyevə hansı ittihamlar irəli sürülüb?
Cahangir Hacıyevin vəkili Aqil Layıc deyir ki, İttiham Aktı hələ ki, Baş Prokurorluq tərəfindən təsdiq olunmayıb.
İttiham Aktı hələlik təsdiq olunmadığından hər hansı ittihamla şəxsin adını hallandırmaq doğru olmaz, çünki ona qarşı irəli sürülən ittihamlar artırılıb-azaldıla bilər, ona görə də bu mərhələdə ittihamdan danışa bilmərik, vəkil deyib.
Cahangir Hacıyevə qarşı bundan əvvəl mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə irəli sürülüb.
Keçmiş bankir məhkəmədə ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 2015-ci ilin mart ayında işdən ayrılıb, dekabr ayında isə həbs olunub.
Onun rəhbərlik etdiyi bankdan on milyonlarla vəsait pul yoxa çıxıb. Hakimlər ona 63 milyon 80 min manatı geri ödəməyi əmr edib.
Cahangir Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunub.
Zamirə Hacıyevanın Londonda xərclədiyi milyonlar kimə məxsusdur? 5 suala cavabda
O, Kürdəxanı müvəqqəti saxlanma təcridxanasında saxlanır.
Bir müddət öncə isə Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniya Ali Məhkəməsinin Britaniyanın İzahedilməyən Sərvət Sərəncamı (UWO) altında öz varidatının mənbəyini açıqlamaq tələbilə üz-üzə qalıb. O, varidatının mənbəyini açıqlamasa, Londondakı milyonlarla funt dəyəri olan əmlakını itirmək riski ilə üzləşə bilər.
Zamirə Hacıyeva Britaniya məhkəməsində deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub.
BBC
"Cahangir Hacıyev daha çox öz işiylə maraqlanır" - vəkil
Oxşar xəbərlər