Əminə Hacıyeva - "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacısı müalicə üçün xaricə getməsinə qoyulmuş qadağanın ləğv edilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət edib.
Hacıyeva öz müraciətində qeyd edir ki, 4 ildir ki, DİN onun Azərbaycan hüdudlarından kənara çıxmasına qadağa tətbiq edib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi məhdudiyyəti qanunsuz hesab etsə də, bu hökm icra olunmur.
Hacıyeva ölkəni tərk etmək istəyini müalicə zərurəti ilə əsaslandırır.
Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci ilin dekabrında iqtisadi cinayətlərdə ittiham edilərək saxlanılıb. O, iki cinayət işinin fiqurantıdır və ümumilikdə 16,5 il azadlıqdan məhrumetmə cəzası alıb.
Hacıyev ittihamları təkzib edir və qanunsuz kredit verilməsi və milyonlarla vəsaitin mənimsənilməsi ittihamları əsassızdır. Kreditlər gəlir gətirən real layihələrə yönəldilib.
C.Hacıyevin bacısı Azərbaycan prezidentindən yardım istəyir

Oxşar xəbərlər