Qaradağ Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Bu barədə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Onun sözlərinə görə, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, C.Hacıyevin həbs müddəti daha iki ay artırılıb.
Vəkil bildirib ki, ibtidai istintaq başa çatıb, lakin müvəkkili cinayət materialları ilə tanış olur.
Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, bankın yüzmilyonlarla vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilən C.Hacıyev ittihamları qəbul etmir. Bankın vəsaitlərinin müxtəlif böyük layihələrə xərcləndiyini, bunu hökumətin özünün də bildiyini deyir.
Report
Cahangir Hacıyevin həbs müddəti uzadılıb
Oxşar xəbərlər