Hadisə nəticəsində ölü sayı üçə çatdı
Bakının Xəzər rayonu, Binə qəsəbəsində oktyabrın 1-də dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan bir nəfəri ölüb.
Bu barədə “Trend” agentliyinə 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.
Xəstəxanadan bildirilib ki, hadisə nəticəsində xəsarət alan Əzimov Məmməd Sabir oğlunun müalicəsi nəticə verməyib və o ölüb:
“Xəstə qapalı-kəllə beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya gətirilərək əməliyyat olunmuşdu. Əməliyyat zamanı xəstənin dalağı da çıxarılmışdı və həmin vaxtdan reanimasiya şöbəsində saxlanılırdı. Bir neçə gün öncə xəstənin vəziyyəti pisləşdiyi üçün o “City Hospital”a köçürülsə də, həyatını xilas etmək mümkün olmayıb”.
Oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.
Hadisədən dərhal sona iki nəfər ölüb, 40 nəfər isə xəstəxanalara yerləşdirilmişdi. Xəsarət alanlardan 5-i azyaşlıdır.
Son ölüm hesaba alınmaqla, hadisə nəticəsində ölənlərin sayı üçə çatdı.
Qatarla avtobusun toqquşmasında xəsarət alanlardan daha bir nəfər ölüb

Oxşar xəbərlər