Ölkə üzrə pensiyaların maliyyələşdirilməsinə başlanılıb.
Oxu.az-a istinadən xəbər verilir ki, sentyabrın 10-dan Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda pensiyalar hesablara köçürülüb.
Qeyd edək ki, qrafik üzrə sentyabrın 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Dövlət Sosial Müdafiə Fondunun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilir.
Ayın sonuna doğru hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyaları maliyyələşdirilir.
Paytaxtda pensiyaların verilməsinə başlanıldı
Oxşar xəbərlər