Qaradağ rayon məhkəməsi avqustun 24-də bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması haqda müraciətini təmin etməyib. Mehman Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından çoxunu çəkib. ABŞ-da səfərdə olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Amerikanın Səsinə müsahibəsində Mehman Hüseynovun işi ilə bağlı son durumdan danışıb.
RATİ-nin rəhbəri Mehman Hüseynovun anası Firəngiz Hüseynovanın vəfatı ilə əlaqədar evə buraxılması və hadisə ilə əlaqədar qurumun və blogerin verdiyi bəyanata toxunub. Emin Hüseynov deyib ki, həm RATİ, həm də blogerin özünün verdiyi bəyanatda analarının ölümünə görə hökumətin məsuliyyət daşıdığı bildirilir.
O, prokurorluq tərəfindən cinayət işinin açıldığını, lakin indiyə qədər ekspertizanın nəticələri ilə bağlı ailə üzvlərinə cavab verilmədiyini deyib.
“Bu onu düşünməyə əsas verir ki, anamın işində ciddi müdaxilə olub və biz birbaşa, bilərəkdən həkimlərin əli ilə bu cür şəraitin yaradılması və nəticədə anamın dünyadan vaxtsız getməsi məhz hakimiyyətin bilərəkdən atılmış addımı hesab edirik.”
Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı ərizəsi məhkəməyə avqustun 10-da təqdim edilib, avqustun 24-də məhkəmə onun müraciətini təmin edilməyib. Emin Hüseynov məhkəmənin verdiyi rəyə toxunub.
“Prokuror belə bir söz deyib ki, "sən burada hələ ağıllanmamısan, 17 aydır burdasan, amma hələ ki ağıllanmadın. Sənə hələ nəticə çıxarmalısan bundan". Mehman orada bir daha təkrarladıb prokurora, hakimə də ki, "anamın ölümünə görə günahkar məhz bu iqtidardır. Anamın yasına yox, anamın sağlığında ona qayğı göstərilməsi üçün mən buraxılmalı idim`.”
Emin Hüseynov blogerə qarşı həsbdə təzyiqlərin artdığını bildirib.
“Mehman heç vaxt mənimlə, yaxud ailə üzvlərimizlə həbsxanada olan durumla bağlı gileylənmirdi. Nə çətinliklər olsa da, deyir "hər şey normaldır, yeməyim, içməyim lazım olanda gətirirsiniz həftə bir dəfə". Bu dəfə artıq məsələ o həddə çatıb ki, mənim atam gedib ora, beş saat onu gözlətdiriblər, sanki ələ salıblar.”
Emin Hüseynov pozuntularla bağlı obmbudsman aparatını məlumatlandırdığını bildirib.
“Mən ombudsman aparatını məlumatlandırdım ki, mütləq ora bir komissiya göndərsinlər ki, Mehmana, digər siyasi məhbuslara və ümumilikdə məhbuslara yeni həbsxana rəhbərliyi tərəfindən göstərilən qanunsuzluqlara son qoyulsun. Eyni zamanda, Qırmızı Xaç Komitəsinə də müraciət etmişəm və beynəlxalq tərəfdaşlarımıza da, Avropa Şurasının məruzəçilərinə də məlumat vermişik ki, gedin məlumat alın, bu nəyə görə baş verir.”
Emin Hüseynov: Mehmana təzyiqlər artırılıb

Oxşar xəbərlər