Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Albaniya marşrutunun 99 faizi tamamlanıb.
Xarici mətbuata istinadən xəbər verilir ki, boru kəmərinin 215 kilometrlik Albaniya hissəsinin 213 kilometrində borular qaynaq edilib.
Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla, ümumilikdə 75 faizdən çoxu icra edilib.
Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanda - Kiprdə, digəri isə Albaniyada - Fierdə olmaqla, ümumilikdə iki kompressor stansiyasının inşasına ötən ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Fierdəki stansiyaya turbo kompressorlar çatdırılıb və quraşdırılıb.
Bu kompressor stansiyasının tikintisinin ümumilikdə 40 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasındakı işlərə keçən ilin birinci rübündə başlanılıb.
Hazırda tikinti işlərinin 40 faizi yekunlaşıb.
Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək.
TAP-ın Albaniya hissəsində bir faiz iş qalıb

Oxşar xəbərlər