Gürcüstanda prezident seçkilərinin vaxtı açıqlandı

Gürcüstanda prezident seçkiləri bu il oktyabrın 28-də keçiriləcək. 

TASS agentliyinə istinadla xəbər verilir ki, bununla bağlı Gürcüstan prezidenti Georgi Marqvelaşvili  məlumat verib. 

Qeyd edək ki, bu, Gürcüstanda birbaşa keçirilən son prezident seçkiləri olacaq. Prezident altı il müddətinə seçiləcək. Sonrakı seçkilərdə Seçki Kollegiyasının üzvləri səs verəcək.