Mühəndis: "İES-dəki qəza zamanı mühafizə sistemləri yanlış siqnallarla işləyib"

Azərbaycan Texniki Universitetinin dosenti, əməkdar mühəndis Qara Həsənov Mingəçevirdəki "Azərbaycan" İES-də baş verən qəza ilə əlaqədar APA TV-yə müsahibə verib.
 
- Energetikada xırda məsələ yoxdur, hər hansı kiçik məsələ böyük miqyas ala bilər
 
- Yağ transformatorları indi bütün dünyada qaz transformatorları ilə əvəzlənir
 
- Qaz transformatorlarının heç bir yanğın təhlükəsi yoxdur
 
- Transformatorları dəyişmək "Scada" sisteminə uyğunlaşdırılmalıdır
 
- Su elektrik stansiyalarının sayı çox olsa da, onların böyük gücləri yoxdur
 
- "Scada" sistemi şəbəkəni onlayn rejimində izləməyə imkan verir
 
- Ehtimal edirəm ki, qəza vaxtı kabellər və rele mühafizə sistemləri yanlış siqnallarla işləyib
 
- "Azərbaycan" İES-də "Scada" sistemi tam qurulmayıb
 
- Qəzaya etinasızlıq və işə qeyri-ciddi münasibət səbəb olub
 
- Energetika sahəsində ikinci dərəcəli bir iş yoxdur