Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şərlənərək 21 ay həbsdə saxlanılan və sonradan bəraət alan Mətləb Mustafayevin sabiq nazir, ehtiyatda olan general-polkovnik Eldar Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə baş tutan prosesdə cavabdeh Eldar Mahmudovun iştirak etmədiyi məlum olub.
Zalda iştirak edən bir nəfər özünü Eldar Mahmudovun qaynı kimi təqdim edib. O bildirib ki, aprelin 23-də Eldar Mahmudovun məhkəməyə verilməsini biliblər. Həmin şəxs qeyd edib ki, Eldar Mahmudov qızı iıə eyni ünvanda qeydiyyaydadırlar: "Buna görə bizə iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə məhkəməyə gəlmək barədə şərait yaradılsın".
Hakim Eldar Mahmudovun qaynının diqqətinə çatdırıb ki, 2018-ci ildə qanunverciliyə dəyişiklik olub, bu səbəbdən nümayəndə yalnız Vəkillər Kollegiyasının üzvü olmalıdır.
Daha sonra Mətləb Mustafayev işin Nəsimi rayon Məhkəməsinə göndərilməsini istəyib. Bildirib ki, ikinci cavabdeh qismində Maliyyə Nazirliyi Nəsimi rayon ərazisində yerləşir.
Eldar Mahmudovun qohumlarımbuna etiraz edib. Bildiroblər ki, Eldar Mahmudovun yaşadığı ünvan Yasamal rayon Məhkəməsinin əraizisndə yerləşir.
Sonra Mətləb Mustafayev Eldar Mahmudovun da prosesdə iştirak etməsi barədə vəsatət verib.
Hakim vəsatəti təmin edib və cavabdehin prosesdə iştiraknetmısi üçün örosesin davamını mayın 3-ə kimi təxirə salıb.
Qeyd edək ki, Mətləb Mustayayev sabiq nazir Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edilməsini göstərib.
Mətləb Mustafayev sabiq nazirdən 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edib.
Budan başqa, Mətləb Mustafayev MTN-nin baş istintaq İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor Mövlan Şıxəliyevə qarşı da iddia qaldırıb.
Onun bu iddia ərizəsi baxılması üçün Səbail rayon Məhkəməsində, hakim Nurəddin Bağırovun icratına berilib. göndərib. O, iddia ərisəzində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı barəsində ittiham hazırlanıb.
Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edir.
Mətləb Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib.
Buna səbəb həm Eldar Mahmudov, həm də Mövlan Şıxəliyev qanunsuz hərəkətlər edən zaman dövlət orqanlarında rəhbər şəxs olmaları olub.
Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.
Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub.
Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-nin rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bundan sonra Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada Mətləb Mustafayevin işinə yenidən baxılıb. Hakim heyətinin qərarı ilə Mətləb Mustafayevin barəsində bəraət hökmü çıxarılıb.
Mətləb Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.
MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.
İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilib.
Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan Elçin Quliyev apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun bəraət istəməsi barədə şikayəti təmin edilməyib.
Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.
Mətləb Mustafayev həmçinin zərərçəkmiş Malik Mustafayevin hüquqi varisi qismində də tanınıb.
Qeyd edək ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Mətləb Mustafayevin işi üzrə məhəkəmələrə müdaxilə edilməyib. Bu səbəbdən Mətləb Mustafayevin cinayət işi tam obyektiv aparışdırılıb və onun Eldar Mahmudov, Elçin Quliyev, İlqar Əliyev, Mövlan Şıxəliyev və digər vəzifəli şəxslər tərəfindən şərləndiyi, sifarişlə həbs edildiyi tam sübuta yetirilib.
Bu səbəbdən onun şərləyən keçmiş rəhbər şəxslərə qarşı məhəkəmlərdə təzminat davası açır.
Mətləb Mustafayev həmçinin onu şərləyərək, 21 ay həbsdə saxlayan Eldar Mahmudov və Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün Baş Prokurorluğa da müraciət ünvanlayıb.
Eldar Mahmudov məhkəməyə çağırıldı

Oxşar xəbərlər