Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən 21 ay həbsdə saxlanılan və sonradan bəraət alan Mətləb Mustafayevin sabiq istintaq idarəsinin rəisi general Mövlan Şıxaliyeva qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baş tutan prosesdə Mövlan Şıxəliyev və onun vəkili, həmçinin Maliyyə Nazirliyinin nümayəndəsi iştirak etməyib.
Hakim deyib ki, cavabdehlərə bildiriş məktubu göndərilsə də, onlar məhkəməyə gəlməyiblər.
Daha sonra Mətləb Mustafayev vəsatətlə çıxış edib. O qeyd edib ki, cavabdeh Mövlan Şıxəliyev 17 sentyabr 2014-cü il tarixdə saat neçədə MTN-nin inzibati binasını tərk etməsi barədə DTX-ya sorğu göndərilsin: "Buna səbəb odur ki, həmin gün bacımın evində axtarış başa çatdıqdan sonra, MTN əməkdaşlarının inzibati binaya gəlib. Onlar axtarışın nəticəsi barədə Mövlan Şıxəliyevə məruzə ediblər. Generalın imzası ilə Səbail rayon Məhkəməsinin sədrinə və baş prokurorun müavininə məktub göndərməsinə inanmıram. Çünki Mövlan Şıxəıiyev həmin vaxt işdə olmayıb".
İddiaçı deyib ki, heç bir əsas olmadan 21 ay həbsdə saxlanılıb: "Eldar Mahmudov 2015-ci ildə vəzifəsindən azad olunduqdan sonra Suraxanı rayon Məhkəməsinin qərarı ilə məntəqə tipli cəza çəkmə müəssisəsinə köçürülmüşəm. Mövlan Şıxəliyevin vəkili deyir ki, həbs olunduğum zaman müvəkkili Türkiyədə olub, guya ona böhtan atıram. Bəs, silahın ekspertizaya verilməsi barədə rəsmi sənədlərə kim imza atıb? Mən burada Mövlan Şıxəliyevin iştirak etməsinin istəyirəm. Çünki ona suallarım var".
Mətləb Mustafayev qeyd edib ki, MTN-nin istintaq təcridxanasında saxlanılarkən, Mövlan Şıxəliyevin göstərişi ilə ona vəkili ilə görüşməyə yalnız 16 gündən sonra icazə verilib: "8 ay ərzində ailəmlə görüşməyimə və telefon vasitəsilə əlaqə saxlamağıma icazə verilməyib. Ailəmə məktub yazmağıma qadağa qoyulub".
Növbəti proses mayın 10-da davam edəcək.
Qeyd edək ki, Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudovun və general Mövlan Şıxaliyevin sifarişi ilə həbs edilməsini göstərib. Ona görə pul təzminatı tələb edir.
Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.
Daha bir general məhkəmə qarşısında: "Eldar Mahmudovun sifarişi ilə həbs edildim"

Oxşar xəbərlər