Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Qafqazinfo.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyası şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Çovdarovla yanaşı digər təqsiləndirlın şəxslərin də şikayəti təmin edilməyib. Həmçinin Akif Çovdarovun ailə üzvlərinin əmlakları ilə bağlı hissə də təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməyib.
Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.
Akif Çovdarovun istəyi reallaşmadı
Oxşar xəbərlər